Almaniyadan Rusiyaya ixrac 52% azalıb 

Ukraynadakı müharibə və sanksiyalar səbəbindən Almaniyadan Rusiyaya ixrac il ərzində 52,9% azalaraq 1,1 milyard avroya, Rusiyadan Almaniyaya ixrac isə 37,4% azalaraq 1,8 milyard avroya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

 

Bu ilin sentyabr ayında Almaniyadan ümumi ixrac 142,1 milyard avro təşkil edib ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 20,2% çoxdur.

 

Neft və təbii qaz Rusiyadan Almaniyaya ən mühüm idxal olaraq qalır. 

 

Akif İsmayılov 

Mənbə

Share: