Alyaska sahillərində güclü ZƏLZƏLƏ

Martın 19-da ABŞ-ın Alyaska ştatının sahilinə yaxın Rixter şkalası üzrə 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı 65,4 km dərinlikdə yerləşib.

Dağıntılar və sunami təhlükəsi barədə hələlik heç bir məlumat verilməyib.

Mənbə

Share: