Türkiyə seçkiləri ilə bağlı səfirlikdən AÇIQLAMA 

Türkiyənin Bakıdakı səfirliyinin konsulluq şöbəsi iki həftə ərzində xidmətini davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Səfirliyin mətbuat xidməti məlumat yayıb.

 

“Xaricdəki Seçici Reyestrində seçicilərin qeydiyyatı və dəqiqləşdirilmə işləri 20 mart – 2 aprel tarixlərində aparılacaq. Qeyd olunan müddət ərzində seçici qeydiyyatını yeniləmək istəyən Türkiyə vətəndaşları üçün səfirliyin konsulluq şöbəsi bu həftənin sonunda olduğu kimi, növbəti iki həftəsonu (25-26 mart və 1-2 aprel) ərzində də xidmət göstərəcək”, – deyə açıqlamada bildirilir.

 

Qeyd edək ki, mayın 5-7-də Azərbaycanda Türkiyə səfirliyində ölkəmizdə yaşayan Türkiyə vətəndaşları üçün parlament və prezident seçkilərində səsvermə imkanı yaradılacaq.

 

Xatırladaq ki, Türkiyədə prezident prezident və parlament seçkiləri mayın 24-də keçiriləcək.

Mənbə

Share: