AMEA-nın liseyi yaradılacaq

Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında lisey fəaliyyət göstərə bilər. Akademiyada liseyin yaradılması nəzərdə tutulan məsələlərdən biridir. İstərdik ki, X-Xl sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar burada lisey fəaliyyətə başlayacaq.

Report-un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

O xatırladıb ki, gələn il martın 27-də akademiyanın 75 illiyidir: “Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər. Bu gün akademiya həm təhsil ocağı, həm də elmi müəssisədir”.

 

Share: