Argentina Folkland adalarını qaytarmaq üçün İngiltərə ilə sazişdən çıxır

Argentina Folklend adalarında inzibati və iqtisadi fəaliyyətlərin aparılmasına aid olan “Foradori-Dunkan” sazişinin ləğvi barədə Böyük Britaniyanı xəbərdar edib.

Bu barədə cümə axşamı “Tvitter” hesabında Argentinanım  xarici işlər nazirinin müavini Santyaqo Kafiero məlumat verib.
“Argentinanın 2016-cı ildə bağlanmış Foradori-Dunkan paktını ləğv etmək qərarını Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirlərinin Toplantısı zamanı görüşdə etdim”,- Kafiero bildirib.

2016-cı ilin sentyabrında Cənubi Amerika Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Argentinanın xarici işlər naziri Karlos Foradori və Böyük Britaniyanın xarici işlər nazirinin müavini Alan Dunkanın ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün ölkələr arasında dialoq mexanizminin yaradılması və adaların iqtisadi artımını məhdudlaşdıran bütün maneələrin aradan qaldırılması mövzusunda razılığa gəldiklərini bildirib. Tərəflər Argentinadan adalara yeni aviareysin açılması imkanlarını da müzakirə ediblər.

Mənbə

Share: