TDT ölkələri Türkiyəyə 2000-ə qədər xilasedici göndərib

Qoşulmama Hərəkatı əhəmiyyətli qlobal platformadır. Bu, BMT-dən sonra ikinci böyük təsisatdır və dünya əhalisinin yarısı bu ölkələrdə yaşayır.

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev bildirib.

 

“Mən Azərbaycan Prezidentinə aktiv liderliyinə, çoxtərəfli diplomatiyanı və platforma daxilində ölkələr arasında əməkdaşlığın gücləndirilməsini təşviq etdiyinə görə təşəkkür edirəm”, – o qeyd edib.

 

Baş katib, pandemiya dövründə Azərbaycanın təşəbbüslərini vurğulayaraq bunun vacib olduğunu deyib.

 

TDT-nin nisbətən gənc təşkilat olduğunu vurğulayan Baş katib diqqətə çatdırıb ki, təşkilat pandemiya dövründə ÜST-lə yaxından əməkdaşlıq edib.

 

O əlavə edib ki, böhran və fövqəladə vəziyyət halında TDT ölkələri dərhal reaksiya verib.

 

Baş katib buna misal olaraq Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək üçün TDT-nin səylərini xatırladıb.

 

O deyib ki, TDT ölkələrindən 2000-ə qədər tibbi, axtarış-xilasetmə işçiləri gedib, zəlzələ baş verən ərazidə 9 səhra hospitalı yaradılıb, minlərlə ton humanitar yardım Türkiyəyə göndərilib.

Mənbə

Share: