Azərbaycanın pandemiya dövründəki təşəbbüsləri vacibdir

Qoşulmama Hərəkatı əhəmiyyətli qlobal platformadır. Bu BMT-dən sonra ikinci böyük təsisatdır və dünya əhalisinin yarısı bu ölkələrdə yaşayır.

Bu sözləri Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömuraliyev bildirib.

“Mən Azərbaycan Prezidentinə aktiv liderliyinə, çoxtərəfli diplomatiyanı və platforma daxilində ölkələr arasında əməkdaşlığını gücləndirilməsini təşviq etdiyinə görə təşəkkür edirəm”, – deyə o bildirib.

O, pandemiya dövründə Azərbaycanın təşəbbüslərini vurğulayaraq bunun vacib olduğunu deyib.

TDT-nin nisbətən gənc təşkilat olduğunu qeyd edən baş katib deyib ki, təşkilat pandemiya dövründə ÜST-lə yaxından əməkdaşlıq edib.

O əlavə edib ki, böhran və fövqəladə vəziyyət halında TDT ölkləri dərhal rekasiya verib.

Baş katib buna misal olaraq Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək üçün TDT-nin səylərini xatırladıb.

O deyib ki, TDT ölklərindən 2000-ə qədər tibbi, axtarış-xilasetmə işçiləri gedib, zəlzələ baş verən ərazidə 9 səhra hospitalı yaradılıb, minlərlə ton humanitar yardım Türkiyəyə göndərilib.

Mənbə

Share: