Gürcüstan parlamentində əlbəyaxa dava düşdü

Gürcüstan parlamentinin Müdafiə və Xarici Əlaqələr Komitələrinin birgə iclasında “xarici agentlər haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında dava düşüb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hakim partiyanın deputatları qeyri-hökumət təşkilatlarının nümayəndələrini iclasa buraxmaq istməyib, müxalifət deputatları isə iclas keçirilən otağın qapılarını zorla açmağa çalışıb.

 

Ardınca iqtidar və müxalif deputatlar arasında əlbəyaxa dava düşüb. Deputatlar arasında ikinci dava komitənin iclas zalında baş verib. Komitənin iclası 40 dəqiqədən sonra başlayıb.

 

Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar. 

 

Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid edib.

Mənbə

Share: