“Arsenal” Arteta ilə bağlı qərarını verdi

“Arsenal” rəhbərliyi baş məşqçisini dəyişdirməyəcək.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Mikel Arteta klubun sahibləri tərəfindən tam dəstəyə sahibdir. “Arsenal”ın direktorlar şurası ispan çalışdırıcının uzunmüddətli bir layihə qurmaq üçün doğru mütəxəssis olduğuna əmindir.

Qeyd edək ki, London təmsilçisi Premyer Liqanın turnir cədvəlində 15 turdan sonra 17 xalla 15-ci yerdədir.

Share: