Hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Milletinsesi.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu medala layiq görülən hərbi qulluqçuların 2-si general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.

Təltif olunaların siyahısı ilə BURADAN tanış olmaq olar.

Share: