Hidayət Heydərov dünya çempionatına qələbə ilə başladı

Hidayət Heydərov dünya çempionatına qələbə ilə başladı

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçiriləcək.

Milletinsesi.Az xəbər verir ki, Azərbaycan millisinin üç üzvü bu gün mübarizəyə qoşulacaq.

Qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşacaq.

Kişilərin -73 kq çəkisində Hidayət Heydərov 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə üz-üzə gələcək.

Eyni çəkidə Rəşid Məmmədəliyev mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) görüşünün qalibi olacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

Share: