Avropadan sığınacaq istəyənlərin sayı iki dəfə azalıb 

2022-ci ildə Avropa İttifaqına (Aİ) üzv ölkələrə sığınacaq üçün müraciət edənlərin sayı iki dəfə azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Aİ ölkələrinə keçən il 923 min sığınacaq müraciəti edilib. Sığınacaq istəyənlərin ən çoxu Almaniyaya müraciət edib (226 min). Bu ölkədən daha çox Suriya (hər üçdə bir), Əfqanıstan (17%), Türkiyə (10%), İraq (6,7%) vətəndaşları sığınacaq istəyib.

 

Fransa 154 min nəfərlə Almaniyadan sonra ikinci yerdədir. Daha sonra İspaniya (116 min), Avstriya (108 min), Latviya (662), Slovakiya (544) və Macarıstan (46) gəlir. 

 

Akif İsmayılov 

Mənbə

Share: