Aygün Kazımovaya görə övladlarını atdı, gizlin toy etdi, xəyanətdə günahlandırıldı…

 

Millətin Səsi.az Kulis.az-a istinadən meyxanaçı və müğənni Namiq Qaraçuxurlu haqqında maraqlı faktları təqdim edir.

Namiq Hilal oğlu Şükürov (Namiq Qaraçuxurlu) 8 noyabr 1978-ci ildə Bakının Qaraçuxur qəsəbəsində anadan olub. İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il meyxana sənətinə fasilə verir.

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olur. Fəaliyyəti ilə o gündən mütəmadi 

2001-ci ildə “And içmişdik” adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan “Rəvayət” klipi çəkdirir.

***

Sözləri Namiq Qaraçuxurluya aid olan “Yine Tek” mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa edib.

***

Müğənni iki dəfə ailəli olub. Onunilk evliliyi ixtisasca hüquqşünas olan Solmaz adlı qadınla baş tutub. Solmaz Şükürova ilə 2001-ci ilin avqust ayında ailə qurub. Bu evlilikdən onların Ülvi və Ümid adlı iki övladı dünyaya gəlib. 2004-cü ildə onlar ayrılırlar. 12 oktyabr 2005-ci ildə isə boşanırlar. Solmaz xanımın sözlərinə görə Namiq onu və oğlanlarını Aygün Kazımovaya görə atıb evdən gedir:


“Namiq artıq özü danışdığı yalanların məsuliyyətini daşımalıdır. O, şan-şöhrətə görə iki oğlunu atıb getdi. Amma artıq faktlar qarşısından heç yerə qaça bilməyəcək. Namiq Ümidlə Ülvinin atasıdır. Biz Aygünə görə ayrılmışıq. Ayrıldıq deyəndə ki, Namiq özü bizi atıb getdi. Onda Ülvi 4 aylıq, Ümid isə yaş yarım idi.

Bu günə qədər uşaqlarımın atası kimi Namiqə hörmət etdiyimdən susmuşam. Ailə də qurmadım, çünki uşaqlarımı hansısa yad bir kişi ilə böyütmək istəmədim. Ona görə ki, dünyada Namiqdən başqa heç bir kişi onlara atalıq edə bilməz. Boşananda Namiq mənə iki ev verdi. Sonra 8 il heç bir münasibətimiz olmadı. Son iki ildir ki, hərdən uşaqlara zəng edir. Uşaqlarım atasını çox istəyirlər. Çünki mən heç vaxt Namiqi oğlanlarımın gözündən salmağa çalışmamışam, əksinə heç vaxt istəməmişəm ki, onların içində nifrət olsun. 11 ildir uşaqlarımı öz əziyyətimlə böyütmüşəm. Namiq Allah qarşısında cavab verəcək”.

Namiq Qaraçuxurlunun ikinci evliliyi isə 2014-cü ildə 30 yaşlı bir xanımla olub. Bakıda ancaq kişi məclisi quran Namiq sonradan toyunu İstanbulda gizlicə qeyd edir. Həmin məclisə meyxanaçının yalnız ailə üzvləri iştirak edir. Bu evlilikdən müğənninin Sara adlı qızı, Əli adlı oğlu dünyaya gəlir. Namiq Qaraçuxurlu həyat yoldaşını və qızını mediadan gizlətməyə üstünlük verir.

***

Müğənninin adının ən çox hallandığı məsələ isə təbii ki, duet ortağı, həmkarı Xalq artisti Aygün Kazımova ilə bağlı olub. 2000-ci illərdə “Bağlanıram”, “Dözmədi qəlbim”, “Sevdi ürək”, “Yenə tək” mahnıları ilə böyük populyarlıq qazanan Namiq Aygünlə xeyli müddət birlikdə yaşayır, hər kəs onları sevilən cütlük kimi qəbul edir. Ancaq bir müddət sonra onlar ayrılırlar. Aygün Kazımova Namiqi bağ evini onun əlində almaqda ittiham edir. Namiq isə bu kimi söz-söhbətlərin ona yaratmadığını vurğulayaraq Aygünü heç vaxt bağışlamayacağını deyir:


Onunla niyə ayrıldığımız barədə danışa bilmərəm. Bəzən hirslənib, danışacağımı demişəm. Amma özümə nifrət etmişəm ki, bir kişinin bunu insanlar arasında danışmağı doğru deyil. İddia olunur ki, Aygün Kazımovaya məşhur xanımla Oksana Rəsulova ilə xəyanət etmişəm. Mövzu ilə bağlı çox açıqlama vermişəm. Amma insanlar başa düşmür, elə danışırlar. Xəyanət olmayıb, Oksana ilə dost olmuşuq. O Aygün xanımla məni tədbirə dəvət etmişdi. Aygünün işi oldu, mən tək qatıldım. Bəzi insanlar isə bu məsələyə don geyindirməyə başladılar. Bəzi şeylər var, onları danışmaq üçün sandığı tamamilə açmalıyam, pambıqları yerə tökməliyəm. Amma səbrimin qarşısını alıram. Mən danışsam, əsl şoklar onda olacaq. Hətta siz belə düşünəcəksiz ki, bu insan nələrə dözüb. Xəyanət məsələsinə yenə qayıdıram, Oksana ilə dost olmuşuq. Aygün Kazımovanı isə heç vaxt bağışlamayacam. Sizin bildiyiniz və bilmədiyiniz səbəblərə görə… Bu qədər. Biz ola bilər ki, səhnədə bir arada olduq. Amma söhbət ürəkdən gedir. Mən onu heç vaxt bağışlamayacam”.

Şöhrəti meyxana ilə qazanan Namiq uzun illər meyxana məclislərinin ən çox arzuolunan meyxanaçısı olub. Ancaq Xalq artisti Aygün Kazımova ilə tanışlıqdan sonra muisiqi aləminə daxil olan Namiq elə həmin vaxtdan meyxanadan uzaqlaşaraq mahnılar ifa etməyə, konsertlərə və toylara meyxanaçı kimi yox, müğənni kimi getməyə başlayır. Bu barədə ondan soruşanda isə belə cavab verir:

“Bu sahədən uzaqlaşmağımın səbəblərindən biri artıq toylarda meyxanaçılardan başqa şeylərin istənilməsi idi. Müxtəlif janrlar əmələ gəldi. Özümə yaraşdırmadım və qaçdım. Bəzi meyxanaçıların isə çörəyi ordan çıxır, nə istənilir, onu da edir. Söyüşlü meyxanalar yarandı. Meyxanaya ancaq gülmək üçün qulaq asırdılar. Aygün xanımla çalışandan sonra üslubum dəyişdi, özümdə yeni tapıntılar etdim, ondan çox şey öyrəndim. Aygün Kazımova ilə çox böyük uğurlarım olub. Bunu heç vaxt danmıram. Məni əsəbiləşdirən bir məqam var: deyirlər, Aygün xanımın hesabına tanındı. Bu, doğru deyil. Mənim “Rəvayət”im, Könül Kərimova ilə duetim, “Papanın gül balası” var idi, şeirlərim dillər əzbəri idi. Ona qədər mən “Şəfa” stadionunda iki dəfə konsert vermişdim. Ola bilərdi ki, Aygün xanımla duet oxumasam, gedib Kremldə səhnəyə çıxmayacaqdım. İllərin sənətkarı idi, amma Kremldə konserti olmamışdı. Eləcə də mənim”.

Son illərdə populyar ifalarından olan “Bir arzu tut” adlı mahnısı bir çox sənətçi tərəfindəndə ifa olunub. Bununla yanaşı “Soyuqdur” və “Ürəyimin oğrusudur” mahnıları bir çox ölkələrdə sevilir və youtube trendinə daxil olur. Son aylarda “Tez elə” adlı mahnısına Türkiyədə klip çəkdirmiş bir daha ölkə trendində birinci pilləni tutur.

Mənbə

Share: