Azərbaycan Ermənistanla sərhədə qoşun toplamayıb… Amma…"


Ermənistan parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Andranik Köçəryan bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhədində Azərbaycan qoşunları toplanmayıb.

Millətin Səsi. az xəbər verir ki,  bu haqda “Armenia today” nəşri məlumat yayıb….

“Hazırda sərhəddə heç bir toplanma yoxdur və bu gün və sabah genişmiqyaslı müharibə olmayacaq. Amma birisi gün nə baş verəcəyi bizim ölkəmizdə təhlükəsizlik problemlərinə və onların həllinə nə cür konstruktiv yanaşmamızdan asılıdır”, – deyə deputat Ermənistan İctimai televiziyasına müsahibəsində bildirib.
Eyni zamanda Köçəryan sərhəddə hər zaman gərginliyin olduğunu bəyan edib. Onun sözlərinə görə, bunun böyük eskalasiyaya və hərəkətlərə çevrilib-inkişaf ediləcəyi tamam başqa problemdir və bunun üçün dövlət və onun təhlükəsizlik qüvvələri hər zaman belə ssenarilərə müqavimət göstərməyə hazır olmalıdır. Erməni deputat onu da bildirib ki, hazırda hərbi qulluqçuların mühafizəsinin daha yüksək səviyyədə təmin edilməsi üçün mövqelərdə genişmiqyaslı iş aparılır.
Köçəryan həmçinin Qarabağdakı “təmas” xəttində baş verən son insidentlərə də münasibət bildirib. “Bu, çox pisdir. Rusiya sülhməramlı qüvvələri çox diqqətli olmalıdırlar, çünki bizim strateji müttəfiqimiz Qarabağda sülhməramlı missiyanı yerinə yetirir”.
Deputatın sözlərinə görə, “təmas” xəttində əvvəllər də atışmalar olub. “Eyni zamanda mövqe dəyişikliklərinin qarşısı ilk növbədə Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən alınmalı, Artsax müdafiə ordusu da öz imkanlarını artırmalı və belə təxribatlar.qarşısını almağa qadir olmalıdır” -erməni deputat belə deyib.

Mənbə

Share: