Azərbaycan millisi FIFA reytinqində irəlilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan yığması 1 pillə irəliləyib.

 

Hazırda baş məşqçisiz olan komanda 1177.83 xalla 112-ci sırada qərarlaşıb.

 

Reytinq siyahısına əvvəlki kimi Argentina seçməsi (1858 xal) başçılıq edir. Fransa 1840,59 xalla ikincidir. Əvvəlki siyahı ilə müqayisədə 3 pillə irəliləyən Belçika (1795.23) İngiltərəni (1794.9) qabaqlayaraq üçüncü sıraya qalxıb.

 

Türkiyə yığması (1495.94) isə 40-cı sıraya geriləyib.

 

Mənbə

Share: