Azərbaycan və Rusiya Xəzər dənizində birgə seysmik tədqiqatlar aparacaqlar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin təşkilatçılığı ilə Moskvada “Xəzər regionunun mineral xammal bazası” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.

RSXM-dan Milletinsesi.az-a verilən məlumata görə, səfər çərçivəsində Q. Yetirmişli ikitərəfli əməkdaşlığın imkişafına dair bir sıra görüşlər də keçirib. Həmçinin, Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında “Elmi – texniki əməkdaşlıq” haqqında Razılaşma imzalanıb.

Sənədi Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və RSXM-nin baş direktoru Qurban Yetirmişli imzalayıblar. Razılaşmada ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, Xəzərdənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması, ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.

Share: