Çinin cənubunda köç başladı – SƏBƏB?

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda 1,4 mindən çox sakin təxliyə olunub.

Trend-in məlumatına görə, təxliyə barədə qərar hava şəraiti ilə bağlı qəbul olunub. Qeyd edilir ki, bölgədə aramsız yağışlarla əlaqədar daşqın təhlükəsi yaranıb. Bu səbəbdən muxtar rayonun şimalında daha 100 min insanın təxliyəsi gözlənilir.

Məlumata görə, təbii fəlakət nəticəsində bəzi yerlərdə əkin sahələri, yollar su altında qalıb, elektrik təchizatı kəsilib.

Yağışın fəsadlarının aradan qaldırılması üçün yüzlərlə xilasedici səfərbər edilib.

Share: