Azərbaycan XİN-dən İsveçdə “Quran”ın yandırılmasına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

 

Qeyd edilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz İsveç hökumətini bu nifrət cinayətini törədənlərin tezliklə ədalət mühakiməsi qarşısına çıxarmasını təmin etməyə çağırırıq”.

Mənbə

Share: