Tovuzda partlayış baş verib – yaralananlar var

Tovuzda bədbəxt hadisə baş verib.

Moderator.Az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

İki qadın qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hər iki şəxs yaşadığı evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Mənbə

Share: