Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Bakı Slavyan Universitetində (BSU) erməni dili tədris ediləcək.

Milletinsesi.az Oxu.aza istinadən xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq universitetin mətbuat katibi Səbinə Hüseynzadə məlumat verib:

“Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarına əsasən erməni dilinin tədrisi növbəti illərdə nəzərdə tutulur”.

Xatırladaq ki, BSU-nun rektoru Anar Nağıyev ötən il verdiyi açıqlamada bildirmişdi ki, 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.

Qeyd edək ki, hazırda Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində erməni dili tədris olunur.

Share: