Azərbaycanda koronavirusla bağlı ən son rəqəmlər AÇIQLANDI 

Son sutkada koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 6 nəfər isə sağalıb,1 nəfər ölüb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

İndiyədək ölkədə ümumilikdə 831 386 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 873 nəfər müalicə olunaraq sağalıb, hazırda 271 aktiv xəstə var. Bu günə qədər 10 242 nəfər vəfat edib.

 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 679, bu günə qədər isə ümumilikdə 7 590 936 test icra olunub.

 

Eyni zamanda ölkədə son sutka ərzində 3 nəfər vaksinasiya olunub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 877 olub.

 

Mənbə

Share: