“Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb”

“Azərbaycanla Rusiya arasında son 30 ildəki əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq və mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı kimi xarakterizə etmək olar”.

 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

 

“Bu gün biz ətraflı müzakirələr apardıq, ikitərəfli münasibətlərə dair genişspektrli məsələləri müzakirə etdik, ötən ilin yekunlarına və bu il üçün planlara yekun vurmaq imkanı əldə etdik”, – deyə azərbaycanlı nazir bildirib.

 

O xatırladıb ki, ötən il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.

 

“Ölkələrin əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı kimi xarakterizə etmək olar. Bu kontekstdə ötən il imzalanmış Bəyannamə bu 30 illik tarixi dövrün məntiqi nəticəsidir”, – deyə Azərbaycan XİN rəhbəri vurğulayıb.

 

Nazirin sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında çox etibarlı münasibətlər qurulub.

 

Mənbə

Share: