Rusiya öz fəaliyyətində “zərər verməmək” prinsipini rəhbər tutur

 

“Aİ Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edərək, şübhəli monitorinq missiyasını irəli sürür. Bununla bağlı funksiyalar, mandat, müddət baxımından ölkələr arasında münasibətlərin normallaşdırılması səylərinə xələl gətirə biləcək çoxlu suallar var”.

Millətin Səsi.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu, əməkdaşlıq edəcək tərəflərin suveren seçimidir. Rusiya öz fəaliyyətində “zərər verməmək” prinsipini rəhbər tutur və üçtərəfli razılaşmalara əsaslanacaq və regionda qarşılıqlı hörmət və əməkdaşlığa zəmanət verəcək problemlərin bu prinsip əsasında həllini təşviq edir. Amma bütün oyunçular, xüsusən də regiondan uzaqda yerləşən oyunçular eyni prinsipləri rəhbər tutmur. Onlar burada kiminsə xeyrinə deyil, kiminsə əleyhinə işləmək istəyirlər”, – deyə nazir əlavə edib.

Mənbə

Share: