Azərbaycanlı alim beynəlxalq mükafata layiq görülüb

Tanınmış azərbaycanlı alim Əhəd Canəhmədov akademik Boris Qusev adına Beynəlxalq mükafata layiq görülüb və “Şöhrət Ulduzu” ordeni ilə təltif edilib.

 

AZƏRTAC xəbər verir ki, alim bu mükafata mühəndisliyin inkişafındakı müstəsna xidmətlərinə, yeni texnologiyaların və materialların işlənib hazırlanmasında və tətbiqində yüksək nəticələrinə, beynəlxalq və Azərbaycan mühəndislik akademiyalarının fəaliyyətində fəal iştirakına, mühəndislik elminin, eləcə də dövlətlərarası elmi-texniki əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

 

Xatırladaq ki, Əhəd Canəhmədov mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidentidir. O, xarici ölkələrin bir sıra akademiyalarının fəal üzvü, 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 450-yə yaxın elmi məqalənin və patentin müəllifidir. Onun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ və Avropada nəşr olunub və beynəlxalq səviyyədə tanınıb. Alimin xidmətləri xarici ölkələrin bir çox orden və medalları ilə qeyd olunur.

Mənbə

Share: