Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində qəribə hadisə baş verib.
Millətin Səsi.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, özəl xəstəxanada qız uşağının atası körpəsini oğlan uşağı ilə dəyişdirərək xəstəxanadan qaçıb.
Hadisə nəzarət kameraları tərəfindən qeyd edildiyi üçün kimliyi açıqlanmayan ata həbs edilib, barəsində iş açılıb.
Axar.az


