“Azərreyl”in finaldakı rəqibi bəlli olub

“Azərreyl”in finaldakı rəqibi bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.

Yarımfinalın 3-cü oyununda “Murov”a 3:0 (25:16, 25:21, 25:21) hesabı ilə qalib gələn “Abşeron” həlledici matçda “Azərreyl”ə rəqib olub.

Bu komandaların ilk iki görüşündə tərəflər hərəyə bir qələbə qazandığından əlavə qarşılaşmaya ehtiyac yaranmışdı.

Qeyd edək ki, bürünc medal uğrunda oyunda “Murov” UNEC-lə qarşılaşacaq. Ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük matçları 3 qələbəyədək davam edəcək.

Mənbə

Share: