Bərdədə “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici görüş keçirildi

14 mart 2024-cü il tarixdə Bərdə RİH yanında yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyasının və QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici görüş keçirilmişdir.

 

Görüşdə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəmsiyyə Abbaszadə, QRGİİ-nin rayon üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov, baş məsləhətçisi Fidan Nəsirli, Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə RMX Publik Hüquqi şəxsin həkim-endokrinoloqu Sevinc Ağayeva, Psixoloq Rəfiqə Elxan qızı çıxış etmişlər.

 

Görüş zamanı erkən nikah və onun fəsadlarından, erkən nikahlarla mübarizə sahəsində milli qanunvericilikdə və beynəlxalq konvensiyalarda hüquqi tənzimlənmə qaydası haqqında məlumat verilib. Eyni zamanda bəşəriyyəti təhlükəyə sürükləyən erkən yaşlarda bağlanmış nikahların fiziki və psixoloji zərrələrindən danışılıb.

 

Sonda gənclər öz fikirlərini səsləndiriblər.

Mənbə

Share: