Lionel Messi zədələnib

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi zədələnib.

 

Bunu MLS (“Major League Soccer” – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı)  komandasının baş məşqçisi Xerardo Martino açıqlayıb.

 

Argentinalı mütəxəssis bildirib ki, KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən cavab görüşündə futbolçunun sağ ayağının əzələsində gərginlik yaranıb, əzələ artıq yüklənib. Bu səbəbdən 50-ci dəqiqədə əvəz olunan 36 yaşlı kapitan martın 16-da MLS-də “Di Si Yunayted”lə qarşılaşmada iştirak etməyəcək.

 

Qeyd edək ki, cavab görüşündə “Neşvill”i 3:1 (ilk oyun – 2:2) hesabı ilə məğlub edən “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda qollardan birini Messi vurub.

 

Mənbə: goal.com

 

Mənbə

Share: