Bakı Şəhəri Üzrə Təhsil İdarəsi məhkəməyə verildi

Bakı Şəhəri Üzrə Təhsil İdarəsi məhkəməyə verilib. 

 

Xəbər verir ki, təhsil idarəsini məhkəməyə verən şəxs Mahmudova Ülviyyə Nüsrət qızıdır. 

 

Ü.Mahmudova uzun illər çalışdığı E.Quliyev Adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 9 №-Li Xüsusi İnternat Məktəbindən haqsız yerə çıxarıldığını iddia edib. 

 

Buna görə şikayətçi qadın məhkəmədə idarə rəhbərliyi barədə “İşə bərpa, əmək haqqı tələbi, maddi və mənəvi zərərin ödənilməsi” iddiasını qaldırıb. 

İş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Gülnar Aslanovanın icraatındadır.

Mənbə

Share: