Bakı-Sumqayıt qatarından istifadə edənlərin nəzərinə

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.

Milletinsesi.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Dövlət Bayrağı Günü kimi qeyd olunan noyabrın 9-u Azərbaycanda qeyri-iş günü olduğuna görə həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq.

– Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar

-Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar

– Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar

– Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar

– Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar

– Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 7 və 8 noyabr (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

Share: