“Sivasspor”un prezidenti “Qarabağ”la oyundan danışdı

“Əvvəlki matçlarda qollar vursaq da, təəssüf ki,  qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik”.

Qol.az xəbər verir ki, bu sözləri Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, yerli mətbuta açıqlamasında Çempionlar Liqasının 3-cü turunda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edən “Başakşəhər” klubunu təbrik edib: “Onların qələbəsi bizə motivasiya verdi. İnşallah, “Qarabağ”la növbəti oyunda da 3 xal qazanarıq. Ən əsas “Makkabi” ilə səfərdəki oyunumuzdur. Çünki burada onlara layiq olmadığımız şəkildə məğlub olmuşuq. Həmin görüşdə də qalib gələrək qrupdan çıxmağı hədəfləyirik”.
supertotobet
Qeyd edək ki, qrup mərhələsinin 4-cü turunda “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da olacaq.

Share: