Bakıda 18 yaşlı qız oğurlandı

Bakıda gənc qız oğurlanıb.

Report-un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü S.Ə. adlı qız Mətləb adlı şəxs tərəfindən qaçırılıb.

Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

 

Share: