Bakıda 4 maddə ilə axtarışda olan şəxs saxlanılıb

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 213-cü (vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olan A.Nəsirov saxlanılıb.

 

Share: