Bakıda çoxmərtəbəli binada yanğın

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Milletinsesi.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır. Hazırda yanğının yayılmasının qarşısı alınıb, digər zəruri tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Yanğın söndürülüb.

 

Share: