Bakıda ermənilərə məxsus taksi şirkəti necə fəaliyyət göstərir…

Bakıda ötən il fəaliyyətə başlayan “Yango” taksi xidməti “Yandex.Taxi” şirkətinin törəməsidir.

 

Modern.az xəbər verir ki, “Yandex.Taxi” şirkətinin rəhbəri Tiqran Xudaverdyan adlı etnik ermənidir.

 

Mətbuatda yayılan məlumata görə, bu şirkətin rəhbərləri əsasən ermənilərdir.

 

Şirkət daha əvvəl də Azərbaycanda fəaliyyət göstərmək üçün cəhdlər edib, amma nəticəsiz qalıb.

 

“Yango”nun Azərbaycanda rəhbərliyi qeyri-müəyyəndir. “Yandex”in özündə çox sayda erməni əsilli rus vətəndaşları rəhbər vəzifə tuturlar.

 

Şirkətin əsas rəhbərlərindən biri Tiqran Xudaverdiyan Ukrayna müharibəsinə görə “qara siyahı”ya salınıb.

 

Şirkətin təsis etdiyi “Yandex.Taxi” və ya “Yandex Go” Rusiyada və bir sıra ölkələrdə “Yango” (Yandex Go adından) adı ilə fəaliyyət göstərir.

 

“Yandex.Taxi” və “Uber” 13 iyul 2017-ci il tarixində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan və Rusiyada taksi fəaliyyətlərini birləşdirmək üçün bir müqavilə imzaladılar. Bu birləşmə qərarından sonra “Yandex” 100 milyon dollar və “Uber” 225 milyon dollar sərmayə qoydu və bu ortaqlıq nəticəsində ümumi dəyəri 3,8 milyard dollar olan yeni bir şirkət quruldu. Yeni şirkətdəki ortaqlıq payları; Yandex 59,3%; Uber% 36,6, qalan 4.1% işçilərə məxsusdur. Yeni şirkət Tiqran Xudaverdyan tərəfindən idarə olunur. 22 may 2019-cu il tarixində Tigran Xudaverdyan MLU BV-nin yeni İcraçı vitse-prezidenti vəzifəsinə Daniil Şuleyko təyin olunduğunu elan etdi.

Mənbə

Share: