“USQ-nin əks-hücumu dörd istiqamətdə davam edir, taktiki uğurlar əldə edilib…”

“Donetsk vilayətində çox ağır döyüşlər gedir, amma nəticə var və biz addım-addım irəliləyirik…”

 

“Rusiyanın müdafiəsi Ukraynanın əks-hücumu üçün böyük problemlər yarada bilər, xüsusilə mühəndis texnikası özünü ən yaxşı tərəfdən göstərib…”

 

Ukrayna müdafiə qüvvələri Baxmut ətrafında irəlilələməkdə davam edir, həmçinin Donetsk və Zaporojye vilayətlərində müəyyən uğurlara malikdir. Əkshücum əməliyyatları ən azı cəbhənin dörd istiqamətində davam edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstututunun (ISW) analitikləri bəyan edib.

 

Qeyd edilir ki, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, işğalçılar Ukrayna qoşunlarının Kremennaya rayonunda məhdud və lokal yerüstü hücumlarını dəf edib.

 

Eyni zamanda, Ukrayna qoşunları Baxmut ətrafında hücum əməliyyatlarının gedişində 1, 2 km irəliləyib.

 

Müdafiə qüvvələri həmçinin Donetsk vilayətinin qərbində Donetsk və Zaporojye villayətlərinin sərhədləri yaxınlığında məhdud əkshücum əməliyyatlarını davam etdirib və bu istiqamətlərdə taktiki uğurlar əldə edib.

 

Dünən ukraynalı döyüşçülər həmçinin Zaporojye vilayətinin qərbində yerüstü hücumları davam etdirib. Rusiyalı mənbə güman edib ki, ukraynalılar bu hücumlar zamanı müəyyən uğurlara malikdir.

 

ISW qeyd edir ki, Ukraynanın rəsmi şəxsləri birbaşa etiraf edib ki, əkshücum əməliyyatları zamanı qoşunlarının texnika itkisini gözləyir.

 

Analitiklər əmindir ki, Cənub cəbhəsində müharibəyə cavabdeh olan Rusiya komandanlığının strukturu dəqiq deyil, ehtimal ki, bir-birini təkrarlayır. 

 

Ekspertlər açıq məlumatı təhlil edərək bu nəticəyə gəlib ki, bu istiqamətə generallar Romançuk, Teplinski, Kuzovleva və Gerasimov cavabdehdir. Onların arasında münasibətlər aydın deyil.

 

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu – bəlli olanlar

 

USQ-nin əkshücumu barədə Ukrayna rəsmən elan etməyib, lakin cəbhədən olan xəbərlər hər şeyi deyir. Üçüncü əlahiddə hücum briqadasının təsdiq etdiyi kimi, USQ  Baxmut istiqamətində cəbhə xəttinin dərinliyinə 1 km-dən çox irəliləyib.

 

Ukrayna prezidenti Vladimir Zelenski əkshücumun tam olaraq getdiyinə eyham vurub. O, vurğulayıb ki, “hərbçilərimizlə daim əlaqədəyəm”.

 

“Donetsk vilayətinə çox ağır döyüşlər gedir. Amma nəticə var və mən bu nəticənin əldə olunmasını təmin edən hər kəsə minnətdaram.  Baxmuta afərin! Addım-addım irəliləyirik”, – Zelenski bəyan edib.

 

Eyni zamanda, ABŞ prezidenti Co Bayden bəyan edib ki, cəbhədə “hadisələrin inkişafını” “çox nikbin qəbul edir.

 

Cəbhədə ağır döyüşlər barədə rusiyalılar da hesabat verir. Müdafiə naziri Sergey Şoyqu Putini  Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının böyük hücumu barədə məlumatlandırıb və bəyan edib ki, Zaporojyedə bir neçə saat davam edən döyüşdə hücum dəf edilib.

 

“Rusiyanın müdafiəsi Ukraynanın əkshücumu üçün böyük problemlər yarada bilər. Mühəndis texnikası Rusiya ordusunun ən güclü amillərindən biri kimi özünü göstərib”, – nəşr yazıb.

Mənbə

Share: