Bakıda mağaza və avtomobildən 6200 manatlıq oğurluq olub

 

Bakıda mağaza və avtomobildən 6200 manatlıq oğurluq olub.

Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan 4000 manat dəyərində mobil telefonları və aksessuarları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb.

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 2200 dollar pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini əvvəllər məhkum olunmuş S.Əhmədov saxlanılıb.

Mənbə

Share: