Bakıda 10 minlik oğurluğun üstü açıldı

Bakıda yeni inşa olunan binadan 10 400 manatlıq oğurluq edilib.

Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkətlərin birinə məxsus inşa olunan binadan 10400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Məmmədov, Masallı rayon sakini M.Ağamalıyev və Tovuz rayon sakini İ.Camalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Share: