“Müqavimət Hərəkatı sentyabrın 2-də böyük mitinq keçirəcək”

Ermənistanın Müqavimət hərəkatı sentyabrın 2-də böyük mitinq keçirəcək. 

Milletinsesi.az xəbər verir ki, bu barədə Müqavimət Hərəkatının koordinatoru, “Ermənistan” blokunun deputatı, Daşnaksütyun psrtiyasının Ali orqanının nümayəndəsi İşxan Saqatelyan özünün “Facebook” səhifəsində video paylaşaraq yazıb.

Saqatelyan videonun altında yazıb: “İtirməyək, ayağa qalxaq… Sentyabrın 2-də, saat 19:30-da Fransa meydanında böyük mitinq olacaq”.

Xatırladaq ki, Müqavimət Hərəkatının sonuncu mitinqi iyulun 29-da baş tutub.

Mənbə

Share: