Bakıda qəza: Qadın müğənni xəsarət aldı

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Neapol dairəsinin yaxınlığında baş verib.

Vəfa Maqsud qızı Ələkbərli idarə etdiyi “Toyota” markalı maşının idarəetməsini itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb.

Yol nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

 

Qeyd edək ki, sürücü V.Ələkbərli müğənnidir.

 

Mənbə

Share: