Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mənbə

Share: