Bakıda yağış barmaqlıqları oğurlayan şəxs HƏBS EDİLDİ

Paytaxt yollarında yağış barmaqlıqlarının oğurlanması ilə bağlı polis orqanlarına daxil olan bütün müraciətlərlə bağlı zəruri tədbirlər görülüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, daxil olan müraciətlər üzrə 61 ədəd yağış və qurunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Şahmalı Əzimov Cinayət Məcəlləsinin oğurluq maddəsi istintaq olunub.

 

Məhkəmə qərarı ilə Ş.Əzimova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Mənbə

Share: