“Barselona” 14 il sonra qrup ikincisi oldu

“Barselona” 14 il sonra ilk dəfə Çempionlar Liqasının qrup mərhələsini ikinci sırada tamamlayıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki,  Kataloniya klubu ötən gecə 6-cı turda “Yuventus”a uduzmaqla (0:3) liderliyi itirib. Yekunda bu komandalar arasında xallar (15) bərabərləşsə də, Turin təmsilçisi ilk pilləyə yüksəlib. “Barselona” isə geriləyərək, ikini yerə enib.

Komanda” sonuncu dəfə 2006/07-ci illər mövsümündə belə nəticə göstərib. Həmin mövsüm “Barselona 11 xalla aktivində 13 xal olan “Çelsi”dən geri qalıb.

Share: