Baxmut yaxın günlərdə Rusiyanın nəzarətinə keçə bilər

NATO-nun baş katibi Yens Stoltenberq yaxın günlərdə Baxmutun rus hərbçiləri tərəfindən ələ keçirilə biləcəyini istisna etmədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Aİ və Ukrayna müdafiə nazirləri ilə görüşdən əvvəl danışıb.

 

Stoltenberq Donetsk vilayətində Baxmut yaxınlığında şiddətli döyüşlərin davam etdiyini bildirib.

 

“Onlar [Rusiya hərbçiləri] ağır itkilər veriblər, lakin eyni zamanda, Baxmutun yaxın günlərdə nəhayət ələ keçiriləcəyini istisna edə bilmərik. Ona görə də vurğulamaq vacibdir ki, bu, müharibədə dönüş nöqtəsi deyil”, – o deyib.

Mənbə

Share: