“Bayraktar TB2” satılan ölkələrin sayı 27-ə ÇATDI 

Albaniya Türkiyədən üç ədəd “Bayraktar TB2” pilotsuz uçan aparatı (PUA) alıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Albaniya hökumətinin mətbuat xidməti bildirib.

Albaniya baş naziri Edi Rama PUA-ların silahlı və döyüşə hazır olacağını deyib. Dronlar, həmçinin ölkə ərazisində narkotiklə mübarizə, yanğınlar, daşqınlar və terror fəaliyyətinə nəzarət etmək üçün istifadə olunacaq.

Türkiyə 30 alban hərbçisinə dronlarla bağlı təlim keçəcək. PUA-lar paytaxt Tiranadan 80 km cənubda yerləşən Kukova aviabazasından fəaliyyət göstərəcəklər.

Bununla da, “Bayraktar TB2” PUA-larının satıldığı ölkələrin sayı 27-yə çatıb. Albaniya Polşadan sonra bu PUA-lara sahib olan ikinci NATO ölkəsi olacaq.

 

Mənbə

Share: