BDU könüllüləri “Neft Daşları”na səfər ediblər

 

Bakı Dövlət Universitetinin (BDU) könüllüləri SOCAR-ın dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir əsrin izində” layihəsi çərçivəsində “Neft Daşları”na səfər ediblər.

Milletinsesi.az xəbər verir ki, BDU-dan bildirilib ki, səfər zamanı iştirakçılar dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusuyla tanış olublar.

Onlara quyunun tarixi və istismar dövrü, həmçinin buradakı neft hasilatının hansı proseslərdən keçdiyi barədə məlumat verilib.

Mənbə

Share: