Benites Çin klubunda

“Nyukasl”dan ayrılan Rafael Benitesin yeni klubu müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu barədə o, özünün “Tvitter” hesabında yazıb. 59 yaşlı mütəxəssis Çinin “Dalyan İfan” klubu ilə müqavilə imzaladığını bildirib.

Mətbuatda ispan çalışdırıcının ilinə 13.4 milyon avro qazanacağı yazılıb.

Qeyd edək ki, “Dalyan İfan” Çin Superliqasında 15 turdan sonra 10-cu pillədə qərarlaşıb.

Share: