“Bir nəfərin uzun illər yüksək vəzifə tutması nə ölkəyə, nə də onun rəhbərinə şərəf gətirmir…”

“Bu islahat demokratiyaya doğru cəsarətli addımdır…”

 

“Gələcəyə inamla baxmaq, dürüst və istedadlı adamlara yol açmaq lazımdır…”

 

Tokayev istənilən adamın istənilən ölkənin başında uzun müddət olmasını düzgün hesab etmir…

 

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev belə bir fikir söyləyib ki, eyni adam uzun müddət ərzində nə Qazaxıstanda, nə də istənilən başqa ölkədə ən yüksək post tutmamalıdır.

 

Moderator.az xəbər verir ki, o, bu barədə Qazaxıstanın Turkestan şəhərində yerli sakinlər qarşısında çıxış edərkən bəyan edib, məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.

 

Bu tezisi o, ölkədə öz təşəbbüsü ilə aparılan prezident islahatı barədə danışarkən ifadə edib.

 

“Daha bir mühüm islahat prezidentin bir müddətə seçilməsidir. Belə dəyişikliklər regionumuzun heç bir ölkəsində olmayıb. Ona görə də hesab edirəm ki, bu islahat demokratiyaya doğru cəsarətli addımdır”, – o, buna əmindir.

 

“Müəyyən risklərə” rəğmən, Qazaxıstan rəhbəri əmin olduğunu bildirib ki, bu qərar “xalqın işıqlı gələcəyi naminə” zəruridir.

 

“Sual oluna bilər ki, islahatlar nəyə görə həyata keçirilir. Məsələ burasındadır ki, prezident postunu bir nəfər uzun müddət tutmamalıdır. Dünyada olsun, yaxud ölkəmizdə, əgər bir nəfər uzun müddət yüksək vəzifə tutursa, bu, nə həmin ölkəyə, nə də onun rəhbərinə şərəf gətirmir”, – Tokayev vurğulayıb.

 

O, əlavə edib ki, “gələcəyə inamla baxmaq və dürüst və istedadlı adamlara yol açmaq lazımdır”.

 

Sentyabrın 1-də Tokayev parlamentdə Qazaxıstan xalqına müraciət edərək, 2022-ci ilin payızında növbədənkənar prezident seçkiləri keçirməyi və prezident səlahiyyətlərini yenidən seçilmək hüququ olmadan 5 ildən 7 ilədək artırmağı təklif edib.

 

Sentyabrın 16-da Qazaxıstan parlamentinin hər iki palatası-Məclis və Senat birgə iclas keçirərək, iki oxunuşdan Konstitusiyaya, o cümlədən Tokayev tərəfindən təklif edilən birdəfəlik prezident müddəti barədə təklif də daxil olmaqla, dəyişikliklər haqqında qanun layihəsinə səs verib.

 

Qazaxıstanda növbədənkənar seçkilər 20 noyabr 2022-ci il tarixə təyin edilib.

Mənbə

Share: