Bizə kreativ qərar verə bilən kadrlar lazımdı

 

“Yüksəliş” müsabiqəsi əmək bazarının nəbzini tutmaq imkanıdır. Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir. Artıq nəticələr var, müəyyən dərslər əldə edilib və yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır.

Milletinsesi.az xəbər verir ki, bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində deyib.

Emin Hüseynov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq kontekstində ölkəyə hansı kadrların lazım olması düşündürücüdür: “Otuz il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə-yeksan edildiyi Qarabağa bu gün həyat yenidən qayıdır. Şəhər və kəndlər yenidən bərpa olunur. Orada baş verən yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ və düzgün, kreativ qərar verə bilən kadrlar lazımdı. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək”.

Mənbə

Share: