“Biz qəzəb içindəyik və beynəlxalq araşdırma tələb edirik…”

 

“Navalnının ölümünün əsas məsuliyyəti prezident Putin və Rusiya hakimiyyətinin üzərinə düşür…”

 

“Putin hərbi cinayətkardır və Navalnının qətlə yetirilməsi əmrini o, verib…”

 

40-dan artıq ölkə rusiyalı müxalifətçi Aleksey Navaınının qəfləti ölümü ilə bağlı beynəlxalq tədqiqatın aparılmasını tələb edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “dw.com” nəşri yazıb.

 

Siyasətçinin ölümünün araşdırılması barədə bəyanata 43 ölkə, o cümlədən Avropa İttifaqının 27 ölkəsi, habelə ABŞ, Böyük Britaniya və Ukrayna qoşulub.

 

“Biz Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının ölümündən qəzəb hissi keçiririk, bunun əsas məsuliyyəti prezident Putin və Rusiya hakimiyyətinin üzərinə düşür”.

 

Bu barədə Avropa İttifaqının nümayəndəsi Lotte Knudsen Jenevrədə BMT-nin insan haqları üzrə Şurasının bugünkü iclasında bəyan edib.

 

“Rusiya Navalnının qəfləti ölümü ilə bağlı müstəqil və şəffaf beynəlxalq tədqiqat aparmalıdır”, – Knudsen əlavə edib.

 

Bundan öncə Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozap Borrel Rusiya hakimiyyətinə “Navalnının qəfləti ölümünün şəraiti ilə bağlı müstəqil və şəffaf beynəlxalq tədqiqat aparılmasına” çağırış edib.

 

Kreml beynəlxalq nümayəndələrin siyasətçinin ölüm şəraitinin araşdırılmasına imkan verməyib.

 

“Biz ümumiyyətlə belə tələbləri, üstəlik də, cənab Borreldən qəbul etmirik”, – bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

 

Более 40 стран потребовали провести независимое расследование смерти Навального

 

Xatırladaq ki, fevralın 16-da Rusiya Cəzaların İcrası Federal Xidmətinin Yamal-Nenetsk muxtar dairəsi üzrə İdarəsi Xarp qəsəbəsində 3 saylı “Qütb canavarı” həbsxanasında Aleksey Navalnının ölümü barədə məlumat verib.

 

Həbsxana işçiləri bəyan edib ki, siyasətçi gəzinti zamanı özünü pis hiss edib və huşunu itirib.

 

Tibb işçiləri, guya, saatyarım ərzində onu reanimasiya etməyə cəhd göstərib, lakin onun həyatını xilas edə bilməyib.

 

Tibbi rəydə deyilir ki, Navalnının ölümü təbii səbəbdən, trombun qopması nəticəsində baş verib. Lakin siyasətçinin silahdaşıarı və qohumları buna inanmır.

 

O cümlədən, Rusiya ordusu haqqında “feyklərin” yayılması işi üzrə səkkiz il yarım müddətində həbs cəzasına məhkum edilmiş müxalifətçi İlya Yaşin Aleksey Navalnının həbsxanada qətlə yetirildiyinə əminliyini ifadə edib.

 

O, qeyd edib ki, bu, Rusiya prezidenti Vladimir Putinin əl işidir.

 

“O, hərbi cinayətkardır. Navalnı onun Rusiyada əsas opponenti olub və Kremldə nifrət doğurub. Putinin həm motivi, həm də imkanları olub. Mən əminəm ki, onu qətlə yetirmək əmrini Putin verib”, – Yaşın əminliyini ifadə edib.

Mənbə

Share: